Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO Baş Konfransının XII sessiyasının açılışında iştirak edirlər
26.11.2015

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası işə başlayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyada iştirak edirlər. Dövlətimizin başçısı sessiyanın açılışında çıxış etdi.

Prezident İlham Əliyev onun sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin "Dostluq" ordeni ilə təltif olunduğunu bildirdi və yüksək dövlət mükafatını ona təqdim etdi.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycanın yüksək dövlət ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonra Nigeriya nümayəndəsinə ISESCO-nun 2015-ci il üzrə "Savadlılıq" mükafatı təqdim edildi.

Daha sonra birgə foto çəkdirildi.

Milli.az