Britaniya Kral Hərbi-Dəniz Qüvvələrində gəmi kapitanı vəzifəsinə ilk dəfə qadın təyin edilmişdir
23.5.2012

Sara Uest Britaniya Kral Hərbi-Dəniz Qüvvələrində gəmi kapitanı vəzifəsinə təyin edilmiş ilk qadındır.

HDQ-nin 500 illik tarixində o, ilk qadın hərbi kapitan olan Sara bununla fəxr edir.
AzərTAc xəbər verir ki, 40 yaşlı Sara 5 min tonluq “HMS Portland” freqatına kapitanlıq edəcəkdir.

Bu hadisə Britaniya Hərbi-Dəniz Qüvvələrinin tarixindəki ən əsas adət-ənənələrdən biri sayılan “qadından kapitan ola bilməz” anlamını alt-üst etmişdir.

Əslində, HDQ-də qadın kapitan artıq vardı. 43 yaşlı Syu Mur patrul katerlərinin I eskadrilyasının (1PBS) tərkibindəki kiçik katerin kapitanı təyin edilmişdi. Fəqət, katerlə gəmi təbii ki, fərqlidir.

Saranın təyinatı çox əlamətdar hadisədir, çünki 1990-cı ilədək Britaniya HDQ-də qadınlara açıq dənizə çıxışa imkan verilmirdi.

Qeyd edək ki, Linkolnşir limanındakı “HMS Portland”ın 180 nəfərlik heyəti vardır.

AzərTAc