Günün qoroskopu
30.11.2015

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç - Bir çoxları, hətta ən ciddilər belə, yüngüllüyə meyl edirlər. Ailədə, yaxınlarla münaqişələr mümkündür. Emosiyalar aşıb-daşır və əksəriyyət onların öhdəsindən gələ bilmir.
Dəyərli əşyaların itirilməsi, yaxud havayı yerə xərclər mümkündür. Yaxşı olar ki, qadınlarla sövdələşmələrdən çəkinəsiniz. İstənilən məsələni, xüsusilə iş və ya biznesə aid problemləri öz cinsinizdən olan insanlarla müzakirə etməyə çalışın. Belədə daha düzgün qərarlar verərsiniz.

Buğa - İşgüzar məsələləri müzakirə etmək olar. Özünə inam, inadcıllıq, əzmkarlıq nümayiş etdirənlər danışıqlarda uğur qazanacaqlar. Güclü şəxsiyyətlər heç bir təzyiqlə üzləşməyəcəklər.
Şəxsi münasibətlərdəki ahəngdarlığa isə yağışdan sonra göbələk kimi artan illüziyalar mane olur. Nə qədər çox fantaziyaya qapılsanız, reallığa qayıtmaq bir o qədər çətin olacaq.

Əkizlər - günün birinci yarısı çox uğurlu keçir. Məhsuldar işləyir, mürəkkəb problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Nüfuzlu insanların rəğbətini qazana biləcəksiniz, onlar böyük həvəslə çətinlikləri aşmaqda sizə yardım edəcəklər. İntellektual potensialınızdan əlavə, məlahətiniz də güclüdür, işgüzar münasibətlər asanlıqla romantik məcraya yönəlir.
Axşama doğru isə vəziyyət dəyişəcək. Emosiyalarınız ağlınıza üstün gələcək və siz yersiz hərəkətlər edəcəksiniz. Tamahınızı yığışdırın, yoxsa sonra peşmançılıq çəkəcəksiniz.

Xərçəng - baxmayaraq ki, xırda anlaşılmazlıqlar olacaq, ümumilikdə uğurlu gündür. İş burasındadır ki, problemlər hələ inkişaf etməyə macal tapmamış siz onları həll etməyə müvəffəq olursunuz. Əla yanaşmadır! Sizin nailiyyətləriniz kölgədə qalmır. Çox nüfuzlu adamların diqqətində olacağınıza ümid edə bilərsiniz. Onlara yaxşı təəssüratlar bəxş etmək sizə çətin olmayacaq. Elə bilməyin ki, tələsik verdiyiniz qərar yanlışdır. Məhz qəfil peyda olan fikirlər bu gün uğur qazanacaq.

Şir - günün əvvəlində pis xəbər ala bilərsiniz, şərait çox gərgin olacaq. Özünüz də istəmədən və yersiz olaraq hamının diqqət mərkəzinə düşəcəksiniz. Ətrafınızdakılar istəmədiyiniz halda məsləhətlər verir, eşitmək istəmədiyiniz mülahizələr söyləyirlər. Baş verənlərdən narazılığınızı gizlətmək çətindir, amma məcbursunuz.
Əvvəldən düşündüyünüz planlara riayət etmək çətindir, onları yenidən gözdən keçirib, uyğunlaşmaq lazım gəlir. Axşam isə böyük güc sərf etmədən bütün problemlərinizi həll edə biləcəksiniz.

Qız - səhər heç də xeyirə açılmır. Əhvalınızı yaxşı adlandırmaq olmaz, yaxınlarınız da heç istəmədən lap odun üzərinə yağ tökürlər. Qəfil xərclər gözlənilir. Pullardan əl çəkmək xoşunuza gəlməyəcək. Bir çox Qoçlar bu gün artıq əhəmiyyətini itirmiş əlaqələri qırmaq qərarına gələcəklər.
Axşama doğru vəziyyət düzələcək. Sakitləşəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Ailə üzvlərinizlə də ümumi dil tapmaq asan olacaq, fikir ayrılıqlarına son qoyacaqsınız.

Tərəzi - bu gün görülən işlərin əksəriyyətini gələcəkdə yenidən düzəltmək lazım gələcək.
Günün ikinci yarısı ciddi fikir ayrılıqları gözlənilir. Ümumi iş görən insanlar mübahisə edir və layihələrin gələcəyini sual altına qoyurlar. Ailələrdə müxtəlif nəsillər arasında münaqişələr mümkündür.

Əqrəb - iş üçün çox uğurlu gündür. Ötən həftənin problemlərini uğurla həll edir və yeni planların reallaşdırılmasına başlayırsınız. Özünüzə tərəfdaş və həmfikir tapmaq elə də çətin deyil, həmçinin onlarla işləmək də xoş olacaq. Xarici partnyorlarla əlaqələr dinamik inkişaf edir. Ezamiyyətə yollanmaq olar.
Şəxsi münasibətlərdə isə vəziyyət bir qədər başqadır.
İstənilən məsələyə praqmatik yanaşmağınız yaxınlarınızı təəccübləndirir və qıcıqlandırır. Ətrafınızdakıların həyəcanları sizi qətiyyən maraqlandırmır, istəmədən qəddarlıq edirsiniz.

Oxatan - ehtiyatlı olun. Günün birinci yarısı çox gərgindir. Yaxınlarınızla mübahisələr gözlənilir və səbəbindən asılı olaraq onlar çox ciddi ola bilərlər. Öz rəyinizi çox kəskin formada bildirir və sizinlə razı olmayanlardan küsürsünüz. Bu minvalla da milçək böyüyüb fil olur.
Günün ikinci yarısı daha yaxşı keçəcək. Xırda anlaşılmazlıqlar, narazılıqlar, qanqaraçılıqlar geridə qalır. Siz yalnız diqqət tələb edən məsələlərə köklənirsiniz. Sevdiyinizin qayğısına qalın.

Oğlaq - sakit olun, təmkininizi pozmayın! Gün elə də yaxşı başlamır. Ancaq hər şey sizdən asılıdır. Əsas məsələ budur ki, həmkarlarınız və iş ortaqlarınızla dil tipa biləsiniz. Nə edirsiniz-edin, amma çalışın belə olsun. Bütün problemlərlə təkbaşına məşğul olmaq həm çox vaxt alır, həm də adamı yorur.
Vacib görüş və işlərinizi günün ortasına planlaşdırın. Çalışın, diqqətinizi cəmləyəsiniz, ideyalarınızı daha gözəl təqdimatla çatdırasınız, sizə hazırlanan tələləri vaxtında görə biləsiniz. Axşam yaxınlarınızdan biri ilə mübahisə gözlənilir. Hətta qaçılmazdır. Sadəcə, özünüzü ələ alın.

Dolça - günün başlanğıcı çox mürəkkəb olacaq. Emosional fon sabit deyil, siz vurnuxur, özünüzü ora-bura çırpırsınız. Amma xoşbəxtlikdən, bu hal uzun sürməyəcək, siz tez sakitləşəcək, özünüzü ələ alacaqsınız. Məşğul olduğunuz işdə xeyli irəli düşə bilərsiniz. Əməyinizin bəhrəsi gözlədiyinizdən qat-qat yüksək olacaq.
Günün ikinci yarısı kommersiya fəaliyyəti, sövdələşmələr üçün yaxşıdır. Düzdür, bu vaxt sizin daha çox pullar barədə düşünməniz sizi yaxşı tanımayan adamlarda düzgün olmayan təəssürat yarada bilər: sizi praqmatik, məncil biri kimi görəcəklər.

Balıqlar - Bütün gün ərzindən mənfi tendensiyaların təsirini hiss edəcəksiniz. Odur ki, vacib qərarlar verməyin. Ancaq yaxşıca düşünülmüş ehtiyatlı hərəkətlər istədiyiniz nəticəni əldə etməyinizə imkan verər. Ancaq təəssüf ki, siz ekstravaqant hərəkətlər edərək, ətrafdakıları şoka salmağı üstün tutursunuz.
Bunlara baxmayaraq, bu gün yaxşı qazana bilərsiniz. Günün ikinci yarısı biznesdə fəal olun. Sevdiyiniz şəxslə də xoş səfərə çıxa bilərsiniz.

Milli.Az