Bu gündən sərnişinlər şəhərin mərkəzindən aeroporta neoplanlarla gedib-gələcəklər.
Bu gündən etibarən metronun "28 may" stansiyasının önündən, "BakuBus" avtobus xətlərinin dayanacağından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı - "28 may" m/st-sı xətti üzrə yeni avtobus sərnişinlərin ixtiyarına veriləcək.
"BakuBus" MMC-dən Milli.Az-a bildiriblər ki, bununla əlaqədar jurnalistlərin iştirakı ilə açılış mərasimi təşkil ediləcək və avtobusun ilk sərnişini jurnalistlər olacaq.
Milli.Az