“Kainat gözəli” titulunu Anqoladan olan qız aldı
14.9.2011

Sentyabrın 12-də Braziliyanın San-Paulu şəhərində başa çatan “Kainat gözəli - 2011” gözəllik müsabiqəsinin qalibi Anqola nümayəndəsi Leyla Lopes olub.
Lenta.ru portalına istinadən, bu barədə “Associated Press” məlumat yayıb.
Lopes 88 rəqibini geridə qoyaraq Anqolanın “Kainat gözəli” titulunu qazanan ilk nümayəndəsi olub. Ötən illərin qalibi, meksikalı Ximena Navarrate tacı ona təqdim edib.