Bu gündən şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı yeni rüsumlar qüvvəyə minir.
Dekabrın 1-dən qüvvəyə minən "Dövlət rüsumu haqqında" Qanuna yeni dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.
Publika.az