Dekabrın 2-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Hacılı” və Astara magistral qaz kəmərləri sahəsinin “Lerik”, “Yardımlı”, “İmişli” və “Əlillər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Şamaxı rayonunun Hacılı, Qızılmeydan və Əhmədli, Saatlı rayonunun Əlillər, həmçinin Qobustan rayonunun Xilmilli kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, aparılan işlərin Saatlı, Lerik və Yardımlı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
AZƏRTAC