Bakı 2020 il Olimpiya Oyunlarını keçirməyə namizəd-şəhərlərin üçlüyünə düşə bilməyib
24.5.2012

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Kvebekdə (Kanada) keçirdiyi iclasında 2020-ci ildə keçiriləcək Olimpiadaya ev sahibliyinə namizədlər sırasına Bakı və Qatarın paytaxtı Dohanı daxil etməyib.

32-ci Olimpiadanı keçirməyə üç namizəd-şəhər qalıb: İstanbul, Tokio və Madrid. Olimpiadanın hansı şəhərdə keçirilməsi barədə son qərar 2013-cü ilin sentyabrında veriləcək.

Qeyd edək ki, İstanbul Olimpiya oyunları üçün namizədliyini 5, Madrid 3, Bakı, Doha və Tokio isə 2 dəfə irəli sürüb.

Bu ölkələr arasında yalnız Tokio (1964 ildə) Olimpiada keçirmək təcrübəsinə malikdir.

Xarici mütəxəssislərin ehtimallara görə, Dohada yay vaxtı həddindən artıq havaların isti keçməsi, Bakı isə geniş miqyaslı idman yarışları keçirmək təcrübəsi olmaması səbəbindən namizədlər siyahısından çıxarılıb.

APA