Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, “Batika həftəsi” adlanan ekspozisiyada bütün dövrdən olan ən tanınmış fırça ustalarımızın əl işləri nümayiş etdiriləcək. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığıyla reallaşacaq.
“Batika həftəsi”nin açılış mərasimi sentyabrın 16-da Muzey Mərkəzinin sərgi solununda olacaq. Ekspozisiya sentyabrın 22-dək davam edəcək.