Regional elektron xəritə və naviqator GoMap.az portalının yeni versiyasının hazırlanmasına başlanıb.
Hazırda portal üzərində işlər gedir. Yeni versiya sadə interfeysi və yeni funksionallıqları ilə istifadəyə veriləcək.
Portal tərəfindən yeni versiyanın hazırlanmasında istifadəçilərin fikirləri də nəzərə alınıb.
GoMap.az portalının yeni versiyasının hazırlanmasında iştirak etmək istəyən istifadəçilər portalın beta versiyasına daxil olub fikirlərini bildirə bilərlər.
Qeyd edək ki, GoMap elektron xəritə nəqliyyat yolları haqqında, iki obyekt arasında marşrutun müəyyən edilməsi, ictimai nəqliyyatın hərəkət istiqaməti, istənilən obyektin (otel, məktəb, idman kompeksi, bank və s.) axtarışı mümkündür.
Xeberler.az