Uçan adam dünyanı şoka saldı – VİDEO
24.5.2012

Britaniyalı kaskadyor Qari Konneri (Gary Connery) vertalyotla 730 metr hündürlükdən paraşütsüz tullanıb. Bu indiyə qədər ən hündür məsafədən paraşütsüz tullanmaqda rekord göstərici sayılır.

Uçu reallaşdırmaq üçün 42 yaşlı kaskadyor özü üçün xüsusi qanadları olan libas tikdirib. Onu uçuş üçün hazırlamazdan əvvəl Konneri ən iri quşların uçuşun istiqamətini təyin etmək üçün quyruğundan necə istifadə etdiyini müşahidə edib. Sonra kaskadyor İtalia və İsveçrədəki dağlardan tullanmaqla öz kostyumunu təkmilləşdirib.

Bundan başqa, Konnerinin enməsi üçün yerə 18600 kardon qutu qoyulub.

“Belə yumşaq və rahatdır. Mənim hesablamalarım özünü doğrultdu və buna görə çox şadam”, – Konneri “Sky News” telekanalına açıqlamasında deyib.

Konnerinin həyat yoldaşı isə “hər şey bitəndən sonra rahat nəfəs aldığını” deyib. Cütlüyün iki uşağı var.

ANN.Az

VİDEO