Bakıda daha bir küçə təmirə bağlanır
9.12.2015

“Qısa müddətlik”.

Bakıda daha bir küçə təmirə bağlanır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli  bildirib ki, 9 dekabr 2015-ci il tarixindən etibarən Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək.

O qeyd edib ki, bununla əlaqədar ərazidə hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik mədudlaşdırılacaq:

“Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”.

www.oxu.az