Bakıda bu yollarda sürət həddi aşağı salındı
9.12.2015

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 km/saatdan 60 km/saata qədər azaldılıb.

Qeyd edək ki, hava şəraiti normallaşdlqda isə sürət həddi yollarda yenidən bərpa olunacaq.

Milli.Az