Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin saytı yeni dizaynda istifadəyə verilib.
Bu haqda mərkəzin direktor müavini Ramin İsmayılov məlumat verib.
O bildirib ki, yenilənmiş sayt dekabrın 7-dən etibarən istifadəyə verilib.
“Tibbi məlumatların elektronlaşdırılması istiqamətində bir sıra yeniliklər edilib. Belə ki, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi olaraq saytımızda elektron xidmətlərin təbliğinə daha çox yer ayırmışıq. Burada Mərkəz tərəfindən görülən işlər, müraciətlər, elektron səhiyyə ilə bağlı bütün məlumatlar istifadəçilərə təqdim olunub. Tibb sahəsində göstərilən elektron xidmətlər, onlardan istifadə qaydaları oxucuların nəzərinə çatdırılıb”.
Qeyd edək ki, Səhiyyə sahəsində aparılan islahatların tərkib hissəsi kimi səhiyyə sahəsində informasiya texnologiyalarının geniş tətbiq edilməsi, vahid səhiyyə informasiya mühitinin formalaşdırılması, tətbiq edilməsi, digər informasiya sistemləri və məlumat bazaları ilə əlaqələrin təşkil edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin 14 may 2010-cu il 32 nömrəli əmri ilə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi yaradılıb.
Xeberler.az