Valideyn övladının dərsdə olmasını telefonla izləyəcək- MəktAPP
11.12.2015

Azərbaycanın təhsil sahəsində yeni proqram hazırlanıb.

Elektron davamiyyət və valideynlərin övladlarını izləməsinə yardımcı olacaq yeni mobil tətbiq MəktAPP adlanır.

Qeyd edək ki, tətbiq İT xidmətləri təklif edən CustomAR LLC tərəfindən hazırlanıb.

Bu proqram valideyn və müəllimlər üçün olmaqla iki variantda təqdim edilir.

Valideynlər proqram vasitəsi ilə onlayn olaraq dərhal bildiriş şəklində alacaq:
-övladının dərsdə iştirak edib etməməsi barədə məlumatları
-övladının dərsə hazırlıq səviyyəsi barədə məlumatları
-övladının dərsdə davranışı barədə məlumatları
-müəllimin individual ismarıcları
Proqramda həmçinin şagirdin rüb ərzində nəzərdə tutulmuş dərs cədvəli və fənn müəllimləri barədə tam məlumat öz əksini tapacaq və valideynlər öz telefonlarında övladının bütün dərslərinə nəzarət edə biləcək.

Müəllimlər proqram vasitəsi ilə

-dərsdə şagird davamiyyəti
-dərsdə şagird hazırlığı
-dərsdə şagird davranışı barədə məlumatları qeyd edəcək və valideynə fərdi ismarıc göndərəcəklər.

Tətbiqi buradan yükləyə bilərsiniz.

Xeberler.az