"28 Cinema" kinoteatrı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar olaraq Vaqif Mustafayevin çəkdiyi "Patriot" qısametrajlı sənədli filmini nümayiş edəcək.
"Patriot" Vaqif Mustafayevin 2004-cü ildə çəkdiyi və dahi liderə həsr etdiyi 9-cu filmdir.
Filmin məzmunu Heydər Əliyevin Azərbaycan SSR KP-nin birinci katibi seçilməsindən sonrakı ilk illərindən bəhs edir.
Film dekabr ayının 12-də saat 11:00-da göstəriləcək. Nümayiş pulsuzdur.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.
Milli.az