16 yaşlı yeniyetmə dörd əsrlik problemi həll elədi
25.5.2012

Almaniyada 16 yaşlı yeniyetmə alimlərin 4 əsr baş sındırdığı riyazi problemi həll edib. 12 yaşı olarkən ailəsi ilə Hindistandan Drezden şəhərinə köçmüş Şüriyyə Rey elementar zərrəciklərin dinamikasıyla bağlı 2 mürəkkəb tənliyi yerinə yetirib. Problem topun uçuş trayektoriyasını hesablamaq və divara dəydikdən sonra hansı şəkildə yerə düşəcəyini öncədən bilmək üçün 350 il əvvəl ingilis alimi İsaak Nyuton tərəfindən ortaya qoyulub.

Rey həllini tapdığı riyazi problemlərlə ilk dəfə 11-ci sinifdə oxuyarkən tanış olduğunu deyib. Tənliklərin sirrini tapmağına gəldikdə isə Rey bunu “məktəbli sadəlövlüyü” ilə izah edib.

“Hər dəfə özümə sual verirdim: Məgər bunu edə bilmərəm?” - deyə Rey tənliyin mümkünsüzlüyünü qəbul edə bilmədiyini etiraf edib. Ən maraqlısı isə ondadır ki, əsrlərin riyazi problemini həll etmiş “vunderkind” yeniyetmə gələcək ixtisas seçimində tərəddüd edir. Belə ki, o yaxın zamanlarda riyaziyyat və ya fizika üzrə təhsil almağa qərar verməlidir.

Milli.Az