Günün qoroskopu
15.12.2015

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - Ünsiyyətdə çətinliklər yaranır - dilinizi tutmur, lazım olmayan sözləri deyirsiniz. Bir qədər təmkinli olsanız, mübahisə və xoşagəlməz məqamlardan qaça bilərsiniz. Bütün hərəkətlərinizin mümkün nəticəsini vaxtında qiymətləndirməyiniz vacibdir.
Qadınlarla münasibətlərdə çətinliklər yaranır: onlar sizi idarə etmək vasitəsi tapırlar, siz isə heç də həmişə onlara müqavimət göstərə bilmirsiniz. Maliyyə məsələlərini həll etmək, həmçinin əmlakla bağlı işlərlə məşğul olmaq məsləhət deyil.

Buğa - Günün emosional fonu xoş deyil, çoxları depressiyaya meyl edirlər. Yaşlı qohumlarınızla, rəhbərliklə münasibətlərdə çətinlik yarana bilər. Uşaqlar və yeniyetmələr üsyana qalxır, müstəqil qərar vermək hüquqlarını müdafiə edirlər. Vacib məsələləri kimsədən kömək ummadan, təkbaşına həll etmək gərəkdir.

Əkizlər - Səhəri vacib görüşlər və iş görüşləri üçün ayırın, bunlar çox məhsuldar keçəcək. Həmçinin müxtəlif konfranslarda, seminarlarda, reklam və xeyriyyə aksiyalarında iştirak edə bilərsiniz. Ünsiyyət sevinc gətirir, asanlıqla yeni tanışlar tapırsınız.
Təndricən mənfi tendensiyaların təsiri artır. Axşamı təklikdə, sakit məşğuliyyət arxasında keçirmək məsləhətdir. Ciddi xərclərdən çəkinin. Səfərlər və ziyafətlərə qatılmaq məsləhət deyil.

Xərçəng - Başqalarından düzgün istifadə edərək çox şeyə nail ola bilərsiniz. Hiyləgər, müşahidəçilsiniz, ətrafınızdakıların sizin idarəniz altında hərəkət etdikləri heç ağıllarına da gəlməyəcək. Yəni dovşanı araba ilə tutursunuz. Şəxsi cazibənizdən istifadə edərək sizə peşəkar problemlərinizin həllində dəstək ola biləcək insanların rəğbətini qazanırsınız.
Əyləncəli tədbirlərin təşkili, şən səfərlər və ekskursiyalar üçün əla gündür. Tək qalmamağa çalışın: darıxmaqdan birtəhər olarsınız.

Şir - Ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir.
Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.

Qız - Günün ilk yarısı xoş keçəcək. Həmin dövrdən həm işgüzar, həm də şəxsi məqsədlər üçün istifadə etmək olar - vacib qələbələr qazana bilərsiniz. Amma təəssüf ki, vaxt keçdikcə şərait çətinləşir. Günün ortasında əhvalınız korlanacaq, enerjiniz azalacaq. Bu vaxt tənqidə xüsusilə dözümünüz olmayacaq.
Qadınlarla münasibətləriniz yaxşı deyil, hərdən boş şeylər üstündə mübahisəniz düşür. Məişət problemlərinin həllində çətinlik çəkirsiniz. Eksperimentlər, risk etmək, ənənələri pozmaq məsləhət deyil.

Tərəzi - Ətrafdakılarla münasibətlərin bütün incəliklərini anlamaq çətindir, odur ki, başqalarının arasındakı münaqişələrə qarışmayın.
Uzaqgörən planlar quranlar üçün, möhtəşəm nəticələr gözləyənlər üçün gün xoş olmayan sürprizlər gətirə bilər. Əgər hadisələrin adi axarla getməsinə razısınızsa, sürprizlər gözləmirsinizsə, o zaman mənfi emosiyalara da qapılmayacaqsınız.

Əqrəb - Ehtiyatlı olun. Sizə elə təkliflər edəcəklər ki, onlara yox demək çox çətin olacaq. Sizi şübhəli bir işə, maliyyə fırıldağına cəlb edə bilərlər. İstiqrazlarla bağlı əməliyyatlar, bank krediti götürmək, yaxud dost və tanışlarınıza borcla əlaqədar müraciət etməyiniz məsləhət deyil.
Yaxınlarınızla münasibətləriniz sabitdir, ancaq təəssüf ki, ehtiyacınız olan şəfqəti onlardan ala bilmirsiniz. Bunu hiss edən bir şəxs yalançı diqqət və mərhəmət göstərərək sizi idarə etməyə çalışacaq. Nağıllara inanmayın: həyata realist, hətta bəzən skeptik baxış bir çox tələlərdən yan keçməyinizə kömək olacaq.

Oxatan - Nəzərə almaq lazımdır ki, yalnız güclə yox, hiyləgərliklə qələbə qazanmaq olar. Nəzakət və taktika da artıq olmayacaq.
Maliyyə vəziyyəti yaxşı deyil, düşünülməmiş xərclərdən çəkinmək lazımdır. Pul üstündə mübahisələr mümkündür: ümumi resurslardan istifadə barədə razılığa gəlmək olmur. Maraqlı tanışlıqlar çox olsa da, bunların heç biri ciddi münasibətlərə rəvac vermir.

Oğlaq - İşgüzar, enerjili, yeniliklərə açıqsınız. Gününüz çox maraqlı olacaq. Təəssüf ki, diqqət və ehtiyatlılığınızla seçilmirsiniz, odur ki, arzuolunmaz təmaslara, uğursuz sonluqla bitəcək şübhəli layihələrə qatılmağınız mümkündür. Təcrübəli insanların məsləhətinə və təcrübəsinə əsaslanaraq artıq həyəcanlardan xilas ola bilərsiniz.
Romantik əhvalınız güclənib. Hətta evli, yaxud biriylə eşq yaşayanlar da təzə həvəsə düşürlər. Amma bugünkü həvəslər elə həvəs olaraq qalır, ciddi münasibətlərdən söz belə gedə bilməz.

Dolça - Yaxşı gün deyil. Emosiya və ötəri həvəslərinizə böyük önəm verir, sağlam düşüncənin dediklərini isə saya salmırsınız. Gərəksiz xərclərlə itkilər mümkündür. Peşəkar karyeranızın birbaşa asılı olduğu insanla aranızda münaqişə mümkündür.
Tənqidə sərt reaksiya verir, yaxınlarınızın istənilən məsləhət və təklifinə qarşı çıxırsınız. Ətrafınızdakıların aramsız olaraq xətrinə dəyməyinizə baxmayaraq, təklikdə qalmaq da istəmirsiniz. Sizə hakim olan təzadlı istəklər onsuz da çətin olan günü daha da qəlizləşdirir.

Balıqlar - Mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin.
Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil.


Milli.Az