İngiltərəli doblyor 41 yaşlı Qari Konneri qəribə bir təcrübə həyata keçirib. Konneri paraşüt və heç bir qoruyucu vasitədən istifadə etmədən havada uçan helikopterdən yerə tullanıb. Sürəti saatda 130 kilometrə çatan Qari Konneri yerə yığılmış 18 000 ədəd karton qutunun üstünə düşüb.
“Sky News” telekanalına müsahibə verən Konneri bunun əla bir təcrübə olduğunu deyib. “Düşdüyüm yer çox yumşa və konfortlu idi”.
Qeyd edək ki, “Harry Potter” və “James Bond” filmlərində də dublyorluq edən Konneri daha əvvəl Parisdə Eyfel qülləsindən, Londonda Temza çayı sahilindəki hündür karuseldən tullanıb.
http://www.youtube.com/watch?v=jLDSg8B4Cxo&feature=player_embedded
anspress.com