Alman avtokonserni BMW-yə yeni dizayner təyin olunub.
GoMap.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, iyunun 1-dən etibarən şirkətin baş dizayneri Livan əsilli, kanadalı mütəxəssis Kərim Həbib olacaq. Bundan sonra istehsal olunacaq avtomobillərin dizaynına görə Həbib cavabdehlik daşıyacaq.
Həbib 1988-ci ildən etibarən BMW-də çalışır. BMW 7 Series biznes sedanın dizaynı ona məxsusdur.