“Apple” korporasiyası dünyanın ən qiymətli brendlərini müəyyən edən “BrandZ Top 100” reytinqində liderlik edir. Bu şirkət ekspertlər tərəfindən 182,9 milyard dollar həcmində qiymətləndirilmişdir.
“Facebook” 33,2 milyard dollar göstərici ilə 19-cu yerdə qərarlaşmışdır. İkinci və üçüncü yerlərdə müvafiq olaraq “IBM” (115,9 milyard dollar) və “Google” (107,8 milyard dollar) şirkətləri yerləşmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildirmişlər ki, tech.onliner.by saytının məlumatına görə, reytinqin ilk beşliyində “McDonald's” (95,188 milyard dollar) və “Microsoft” (76,651 milyard dollar) brendlərinin də adları vardır.
AzərTAc