Dünyanın maqnit sahəsi hesabına uçan yeni mikrorobot
25.5.2012

Ontario əyalətinin Vaterloo Universitetindən olan kanadalı mühəndislər uçan mikrorobot hazırlamışlar. Məkanın bir hissəsindən digərinə hərəkət üçün robot nə mikroskopik qanadlardan, nə də kiçik həcmli mühərrikdən, yerin maqnit sahəsindən istifadə edir.

Bir sözlə, mütəxəssislər uzun müddət alimlər üçün müzakirə mövzusu olan levitasiya ideyasını praktikada reallaşdırmışlar.

Mikrorobotun çəkisi cəmi 0,83 qram olsa da, o, üçölçü məkanda müstəqil hərəkət etməyə qadirdir. MEMS adlı robot ətrafında parabolik maqnit sahəsi yaradan bir neçə kiçik elektromaqnitlə təchiz edilmişdir.

İxtiranın rəhbəri, professor Mira Xamesinin bildirdiyinə görə özü-özünü maqnitləşdirən robot dayaq kimi maqnit parabolasının üzərində “oturur” və planetin daimi maqnit sahəsi hesabına özünü saxlayır.

Robota məxsus mikrosistem gərginliyi dinamik olaraq bu və ya digər maqnitdə saxladığı üçün mikrorobot ətrafında sahə fərqi yaranır, nəticədə sistem sağa və ya sola, yuxarı və aşağı çəkilir.

Xamesi bildirmişdir ki, robotun fəaliyyəti üçün biz faktiki olaraq məkanda maqnit sahəsinin koordinasiya sistemini hazırlamışıq. Koordinasiya mərkəzinin vəziyyətinin dəyişməsi nəticəsində mikrorobot tədricən hərəkət edir.

Mikrorobot qızarkən lazer şuaları ilə açılan və soyuduqda bağlanan xüsusi maşa ilə təchiz olunmuşdur.

Şuanın köməyi ilə konkret zamanda robotun dəqiq vəziyyəti müəyyənləşir. İxtiraçı bildirmişdir ki, məkan koordinatlarında MEMS-in vəziyyətini müəyyənləşdirən üç dəst lazer sensorları mövcuddur. Kamera ilə izlənən robotda görüntü MEMS-dən operatorun kompyuterinə ötürülür.

Kanada alimləri bildirmişlər ki, robot maşanın köməyi ilə mikroobyektləti bir məkandan digərinə apara bilir. Hər hansı bir yük daşınarkən robotun əlavə çəkini nəzərə alan maqnit sistemi mövqeyini nizamlayır.

Praktiki olaraq belə robotlardan kimya istehsalı sahələrində və ya kimyəvi maddələrlə çirklənmiş yerlərdə istifadə etmək olar.

AzərTAc