“ASAN Xidmət” 5 gün işləməyəcək
21.12.2015

Bu barədə mərkəzdən məlumat verilib. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar bütün “ASAN Xidmət” mərkəzlərində 31.12.2015 – 4.01.2016-cı il tarixində qeyri-iş günü olacaq.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar Yeni illə Azərbaycanda bağlı bayram günləri elan edilib.

2016-ci il, 2 yanvar tarixi şənbəyə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 yanvar qeyri-iş günü olacaq.

Publika.az