Bu gün istifadə etdiyimiz elektron cihazlar həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Hər an yanımızda daşıdığımız mobil telefonlar və hamının evində olan kompüterlər mesajlar, şəkillər, səs qeydləri və s. fayllar kimi məlumatları özündə saxlayır.
Bu kimi xüsusi məlumatların təhlükəsizliyini qorumaq üçün isə cihazlarımızda və hesablarımızda seçdiyimiz şifrələrdən istifadə edirik.
Bəzən şifrə seçimində diqqətli olmuruq və nəticədə şəxsi məlumatlarımızın başqasının əlinə keçməsi, itirilməsi kimi ciddi problemlərlə rastlaşırıq.
Məlumatların təhlükəsizliyini qorumaq üçün şifrələrin seçimi mövzusunda diqqət edilməsi vacib olan məqamları araşdırdıq.
Facebook, Twitter kimi sosial şəbəkələrdən istifadə edərkən şifrə seçmək məcburiyyətində qaldığımız kimi, şifrələrin etibarlı olması da çox əhəmiyyətlidir.
Belə ki, təhlükəsizliyi tam təmin etmək üçün şifrə seçərkən 4 mühüm xüsusiyyətə fikir vermək lazımdır.
Cüt simvollu və uzun olan şifrələr daha təhlükəsizdir
Cüt simvollu şifrələrin istifadə olunması həmişə təhlükəsizdir. Əgər bir başqası şifrənizi tapmağa çalışırsa, şifrə təyin edən proqram həmin şifrənin cüt simvollardan ibarət olduğunu bilərək təyin etmə vaxtını uzadır.
Şifrənin uzunluğu da milyonlarla kombinasiya tərəfindən yoxlandığından şifrəni təyin etmək çətinləşir. Buna görə də həmişə şifrə seçərkən rəqəm, böyük , kiçik hərflərdən və işarələrdən istifadə etməyiniz məsləhətdir. Təhlükəsizliyi 100 faiz təmin etməsə də, bu yolla 99 faiz təmin edəcək.
Bir çox internet istifadəçisi böyük şirkətlərin şifrələrinin daha təhlükəsiz qorunduğunu düşünür. Lakin onlayn e-ticarət saytları belə bəzən şifrələri düz mətn şəklində sistemdə saxlayırlarş Bununla da sistemə icazəsiz daxil olmaq ilə şifrənizi asanlıqla tapa bilərlər. Bu kimi təhlükələrdən uzaq olmaq üçün həmişə inandığınız, əmin olduğunuz, təhlükəsizliyi daha güclü olan saytlardan istifadə etməyiniz məsləhətdir.
Bir çox saytlarda şifrəni qeydiyyatda istifadə etdikdə şifrənin təhlükəsizlik səviyyəsi ilə bağlı məlumat verilir. Sadəcə simvol uzunluğunu və fərqli işarələr istifadəsini tələb edən bu kimi sistemlərə inanmayın. Məsələn, istifadəçi adını daxil etdiyiniz zaman şifrədə də istifadəçi adınızdan istifadə etməyin. Ancaq bir çox saytlar var ki, istifadəçi adını belə şifrəyə daxil etdikdə uzunluğuna və böyük, kiçik hərflərdən istifadəyə görə şifrənin təhlükəsiz olduğunu bildirir. Əslində bu, çox təhlükəlidir.
Şifrələrin fərqli cihazlardan idarə olunması sistemə və ya hesabınıza daxil olan şəxsin iki cihazda da nəzarət edilməsini təmin edir. Yəni kompüterdə şifrənizi daxil etdikdən sonra mobil telefonunuza gələn əlavə şifrə vasitəsilə sistemə və ya hesabınıza tam təhlükəsiz daxil ola bilərsiniz.
Xeberler.az