Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov “Avroviziya 2012” mahnı müsabiqəsinin finalına çıxmış “Buranovskiye babuşki” qrupunun üzvlərinə xalq artisti adı verib.
Sərəncam mayın 25-də imzalanıb. Xalq artisti adı alan nənələr bunlardır: Natalya Puqaçova, Qranya Baysarova, Zoya Dorodova, Qalina Koneva, Yekaterina Şklyayeva, Valentina Pyatçenko, Alevtina Beqişova, Olqa Tuktaryova.
"Buranovskiye babuşki" qrupu 40 il əvvəl yaranıb. Qrup 8 nəfərdən ibarətdir. Onların ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı var. Qrup Bakıda "Party for Everybody" mahnısı ilə çıxış edir.
fownews.az