Mobil qurğular üçün Dilmanc Translator proqramının yeni versiyası istifadəçilərin ixtiyarına verilib.
Daha rahat interfeysə malik yeni versiyada klaviaturaya Azərbaycan hərflərindən ibarət sətir əlavə edilib.
Tərcümə nəticəsini paylaşmaq, eləcə də digər proqramların daxilində mətni seçib "Paylaşmaq" düyməsinə sıxaraq Dilmanc-da tərcümə etmək imkanları işə salınıb.
Bununla yanaşı, azərbaycanca və türkcə nitqin tanınması proqramının keyfiyyəti artırılıb.
Proqram Google Play və App Store-dan mobil qurğuya ödənişsiz olaraq yüklənilir.
Xeberler.az