Səbinə Babayeva “Eurovision 2012”-də «Press Award» mükafatına layiq görülüb
29.5.2012

Azərbaycanı “Eurovision 2012” mahnı müsabiqəsində təmsil edən və 42 ölkə arasında dördüncülük əldə edən Səbinə Babayeva builki müsabiqədə mətbuatın mükafatına (Press Award) layiq görülüb.

Möhtəşəm şouda “When the music dies” mahnısını ifa edən Səbinə Babayeva media mənsublarının səsverməsində birinci olaraq bu mükafata layiq görülüb.
Müsabiqədə «ən yaxşı müğənni» (Artistic Award) mükafatı elə “Eurovision 2012”-nin qalibi İsveç təmsilçisi Lorinə (Loreen) təqdim edilib. 57-ci “Eurovision” Mahnı Müsabiqəsində «ən yaxşı bəstəkar» müsabiqədə qalib mahnı «Euphoria»nın bəstəkarlı Tomas Gison və Peter Bostroma verilib.

APA