Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - Sizin üçün asan olmayacaq: müxtəlif suallara cavab axtarmalı, ətrafdakılara kömək etməli, sizin günahınız üzündən yaranmayan problemləri yoluna qoymalı olacaqsınız. Ən pisi isə fəaliyyətiniz qeyri-məhsuldar olacaq. Bunu siz özünüz görəcək və özünütənqidə başlayacaqsınız.
Buğa - Çox əlverişli gündür, siz olduqca bəxtli və uğurlusunuz. Nə qədər çətin və dolaşıq olur-olsun, bütün işlərin öhdəsindən gələcəksiniz. Gün istənilən yaradıcılıq, eləcə də təhsil üçün münasibdir. Rəsm qalereyası və klassik musiqi konsertini ziyarət sizi sevindirə bilər.
Əkizlər - Maraqlı tanışlıqlar ehtimalı var. İlk dəfə gördüyünüz adamda tez bir zamanda doğru təəssürat yaratmağa nail olacaq, onun baxışlarını, nəyə can atdığını anlaya biləcəksiniz. Bəzi Əkizlər ciddi şəkildə və uzun müddətə vurulacaq, bəziləri isə həyatı bölüşmək istədikləri adamla qarşılaşacaqlar.
Xərçəng - Qəribə işdir: çaşqınlıq içərisindəsiniz və nə etmək lazım olduğunu bilmirsiniz. Bu vəziyyət sizin üçün diskomfort yaradır və çətin ki, uzun sürə. Ehtiyatlı hərəkət etməyə çalışın, lüzumsuz risklərdən uzaq durun. Nə qədər çox ənənələrə əməl etsəniz, özünüzü bir o qədər az təhlükə altında qoyursunuz.
Şir - Lazımsız əlaqələri kəsməyin, irəliləməyə mane olanlarla vidalaşmağın vaxtı çatıb. Bu gün belə qərarları qəbul etmək və həyata keçirmək başqa günlərlə müqayisədə daha asandır. Baxmayaraq ki, bəzən şübhələr hələ də üstün gəlir.
Qız - Sevdiyiniz insan sizin bir çox şübhə və həyəcanlarınızı anlamır, sizi sakitləşdirməyə çalışır. Amma əbəs yerə. Özünüz vəziyyətdən baş çıxarmasanız, mənəvi tarazlığa bel bağlamağa dəyməz.
Tərəzi - Bu gün diqqəti şəxsi işlərinizə yönəltmək kifayət qədər çətin olacaq: sizi tez-tez yayındıracaq və boş şeylərə görə təngə gətirəcəklər. Bir çox Tərəzilər çoxdandır əməkdaşlıq etdikləri insanlarla küsüşəcəklər. Çünki üst-üstə yığılan xırda fikir ayrılıqları kritik səviyyəyə çatacaq. Hələlik baş verənlər bir stəkanda fırtınadır. Amma təmkin nümayiş etdirməsəniz, əsl problemlər yarana bilər.
Əqrəb - Əlverişsiz maliyyə mənzərəsi ilə qarşılaşacaqsınız. Bu gün gözlədiyinizdən daha çox pul xərcləməli olacaqsınız. Sevdiyiniz insan sizdən diqqət və dəstək gözləyir, amma ümid etdiyiniz anlayışı göstərmir. İncikliklərdən yayınmağınız mümkündür. Amma münasibətlər kifayət qədər gərgin olacaq.
Oxatan - Sizi uğurun müşayiət edəcəyini demək olmaz. Amma ümumilikdə işləriniz bir o qədər də pis getməyəcək. Çətin işlərin öhdəsindən gələcək, faktları tutuşdura biləcək, başqalarının təsadüf hesab etdiyi hadisələr arasında əlaqə tapacaqsınız. İntuisiyanız çox kəskindir. Bəzi Oxatanlar gələcəklərini dəyişdirəcək qərarlar qəbul edəcəklər.
Oğlaq - Sizi köhnə dostunuz və ya sevdiyiniz adam dəstəkləyə bilər. Amma yalnız o halda ki, sizi narahat edənlərlə bağlı həqiqəti danışasınız. Uzlaşmamazlıqdan, qeyri-səmimilikdən uzaq olun. Unutmayın: əgər nəyisə (bu, əsl boş şey olsa belə) gizlədirsinizsə, bu, şübhələrə səbəb olacaq və şübhələri dağıtmaq xeyli çətinləşəcək.
Dolça - Maliyyə çətinlikləri mümkündür. Xərclər gözlənildiyindən daha artıq ola bilər. Planlaşdırılmamış bazarlıqlar, gözlənilməz xərclər tələb edən təkliflərlə razılaşmaq məsləhət deyil. Sağlamlaşdırıcı prosedurlardan keçməyə dəyər. Onlar effektlidir və nasazlıqlardan yayınmağa kömək edir.
Balıqlar - Tənbəlliyinə qalib gəlməyi bacaran və hərəkətə keçən adamlar böyük üstünlük əldə edəcəklər: əksər hallarda onların kiminləsə mübarizə, rəqabət aparmasına ehtiyac qalmayacaq.
Cəsur, orijinal, hətta ekstravaqant bazarlıqlar sizin üçün əhəmiyyətsiz olmayan adamın diqqət və rəğbətini qazanmağa kömək edəcək. Əgər şəxsi həyatınızda nəsə sizi qane etmirsə, təşəbbüs göstərin: çox şeyi dəyişmək şansı var.
Milli.Az