Dekabrın 25-26-da Muzey Mərkəzinin “Sərgi Qalereyası”nda gənc rəssam Gülarə Hüseynovanın “Qəlbimim rəngləri” adlı fərdi sərgisi keçiriləcək.
Muzey Mərkəzindən bildirilib ki, sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 34 rəsm əsəri nümayiş olunacaq.
Gülarə Hüseynovanın yaradıcılığında natürmortlar və mənzərələr böyük yer tutur. Gənc rəssam əsərlərinin hər birində özünü əks etdirir. O deyir: “Mən gördüyümü çəkirəm, amma istəyirəm ki, hər kəs mənim rəsmlərimdə xüsusi bir məna tapsın”.
Xəzər Universiteti nəzdində fəaliyyət göstərən “Dünya məktəbi”nin 7-ci sinfində oxuyan G.Hüseynovanın əsərlərində bəzi dərin fəlsəfi mənalar özünü göstərməkdədir.
AZƏRTAC