Facebook-da canlı yayım necə etmək olar?
25.12.2015

Məlumat verdiyimiz kimi, Facebook canlı yayım xidmətini istifadəyə verməyə hazırlaşırdı.

Facebook bu gün bu funksiyanı bütün istifadəçilərə təqdim edib.

Bəs Facebook-da canlı yayımı necə etmək olar?

Facebook-da canlı yayım etmək üçün iOS -da Facebook tətbiqini açmaq, “Statusu yenilə” bölməsinə daxil olmaq lazımdır.

Canlı yayım funksiyası profilinizdə aktivləşibsə, aşağı hissədə “Yeni! Canlı video çək və paylaş” kimi yazı qarşınıza çıxacaq. Bu seçimə daxil olduğunuz zaman, canlı yayım ilə bağlı məlumatlar göstəriləcək.

Canlı yayım funksiyası hələki iOS platforması üçün təqdim olunub.

Xeberler.az