Qış mövsümündə xəstəliklərə tez-tez yoluxuruq. Əgər siz də xəstəliklərdən təbii yollarla qorunmaq istəyirsinizsə, evdə asanlıqla hazırlaya biləcəyiniz çaylar vasitəsilə həm yorğunluğunuzu ata bilər, həm də immunitetinizi gücləndirə bilərsiniz. Bu baxımdan faydalı olacaq 6 bitki çayı reseptini təqdim edirik.
Heyvalı adaçayı (2 nəfərlik)
Ərzaqlar:
1 heyva
2 çubuq darçın
2 hil
2 qərənfil
3 stəkan su
1 ovuc adaçayı
Hazırlanması:
Heyvaları yuyub qabığını soymadan və çəyirdəklərini çıxarmadan iri dilimlər halında doğrayıb bir qazana tökün. Darçın, hil və qərənfili əlavə edin. Üzərinə suyu əlavə edib qaynadın. Heyvaların qoxusu çıxmağa başlayanda adaçayını əlavə edib, az odda 7-8 dəqiqəyə qədər qaynadın. Çayınızı süzün və balla dadlandırıb için.
Alma çayı
Ərzaqlar:
1 ədəd yaşıl alma
1 ədəd qırmızı alma
1 çubuq darçın
Yarım çay stəkanı quru çiyələk
1 çay qaşığı qərənfil
3 stəkan su
Hazırlanması:
Almaları yaxşıca yuyub qabıqları və çəyirdəkləri ilə bərabər incə yarım ay şəkilində doğrayın. Bir qazana töküb üzərinə çubuq darçın, quru çiyələk, qərənfil, suyu əlavə edib qaynadın. İsti-isti için.
Gül çayı
Ərzaqlar:
100 qr gül qurusu
3 stəkan su
Hazırlanması:
Gül qurusu və suyu bir qazana əlavə edin. Qaynamağa başlayınca oddan götürün. Gül quruları rəngini çıxarmağa başlayana qədər dəmlənməyə qoyun. İsti için.
Ekzotik çay
Ərzaqlar:
100 qram ananas qurusu
100 qr manqo qurusu
100 qr böyürtkən qurusu
100 qr zoğal qurusu
1 ədəd anason
1 ədəd vanil çubuğu
3 stəkan su
Hazırlanması:
Meyvə qurularını bir qazana alın. Üzərinə ulduz anason, vanil və suyu əlavə edib qaynadın. Oddan götürüb vanil çubuğunun çəyirdəklərini çıxarın və çaya əlavə edin. Qazanın qapağını bağlayıb 5 dəqiqə dəmləyin. İsti için.
Qış çayı
Ərzaqlar:
2 ədəd portağal
2 ədəd naringi
1 limon
2 çimdik cökə
3 stəkan su
Bal
Hazırlanması:
Portağal, naringi və limonu bol su ilə yuyun. Qabıqları ilə birgə yarım ay şəkilində doğrayıb bir qazana əlavə edin. Üzərinə cökə və suyu əlavə edib qaynadın. Qaynayanda oddan götürün və qapağı bağlı 5 dəqiqə qaynadın. Üzərinə bal gəzdirib isti için.
Qarışıq bitki çayı
Ərzaqlar:
1 çimdik tərxun otu
1 çimdik bibəriyə otu
1 az limon otu
1 çimdik çobanyastığı qurusu
1 çimdik yaşıl çay
3 stəkan su
Bal
Hazırlanması:
Bütün bunları qazana əlavə edib qaynadın. Qaynamağa başlayınca oddan götürün. Qapağını bağlayın və 5 dəqiqə saxlayın. Bal ilə dadlandırıb için.
Lent.az