İyunun 1-dən Bakıda quraşdırılmış taksofonlardan mobil operatorlara zəng tarifləri endiriləcək.
Bunu Day.Az saytına "Bakı telefon rabitəsi" İstehsalat Birliyinin şöbə müdiri Hikmət Ağayev bildirib.
O, hazırda taksofonlardan Azərbaycanın bütün mobil operator nömrələrinə zəngin 1 dəqiqəsinin 18 qəpiyə başa gəldiyini xatırladıb:
"İyunun 1-dən qiymətlər 10 qəpiyə endiriləcək. Apardığımız təhlillər göstərdi ki, taksofonlardan zənglərin 70-80 faizi mobil telefonlara edilir. Bu üzdən bu zənglərin qiymətinin aşağı salınması qərara alındı".
Milli.Az