BakuBus-un yeni veb-saytı təqdim edilib
30.12.2015

Bu gün BakuBus MMC-nin yeni veb-saytının təqdimatı keçirilib.

Yeni formatda təqdim olunan veb-sayt artıq vətəndaşların istifadəsinə verilib.

Saytın ən diqqət çəkən məqamı veb-sayta giriş edərkən ilkin olaraq Bakının xəritəsi və hərəkət edən avtobusların qrafikinin göstərilməsidir.

Sərnişin avtobusun marşrut xətti, pik saatlarda hər hansı bir məqamla bağlı sualını BakuBus-un veb-saytına daxil olaraq marşrut nömrəsini qeyd etməklə cavab tapa bilər.

Bundan əlavə sərnişin hansısa səbəbdən istifadə etdiyi avtobus haqda məlumat almaq, sürücünün kimliyini, avtobusun nömrəsini və hazırda hansı istiqamətdə olduğunu bilmək istərsə “BakuBus”a məxsus veb-sayta daxil olub xəritədə həmin məlumatı çox asanlıqla əldə edə bilər.

Həmçinin, yeni marşrut xətti açıldıqda da BakuBus sərnişinləri bu sayt vasitəsilə avtobusların dayanacaqlarını öyrənə bilərlər.

Veb-saytda BakuBus MMC barəsində xəbərlər, paytaxtımızın gəzməli və görməli yerləri haqda məlumatlar, “BakıKart”, ekspress xətləri və “BakuBus” avtobuslarına “virtual tur” bölmələri mövcuddur.

Xeberler.az