“Baku Landmark” yeni memarlıq nümunələrindən birinə çevriləcək.
Bakıda “Baku Landmark” adlı unikal “yaşıl” bina tikiləcək, binanın layihəsi dünyaca məşhur amerikalı memar, Dubaydakı “Burj Khalifa”nin müəllifi Edrian Smit tərəfindən hazırlanıb.
“Moskva-Bakı”ya istinadən verilən xəbərə görə, tikinti işləri ilə artıq “Flame Towers” qüllələri və Şahdağ dağ-xizək kompleksinin inşası ilə məşhurlaşan “DIA Holding” məşğul olacaq.
Amerikalı memarın yeni binası ekoloji memarlığın əsl incisinə çevrilməyi vəd edir.
Edrian Smitin layihəsi hündürlük üzrə rekord vurmasa da, memarın ən erqonomik və ekoloji binalarından biri olacaq.
“Baku Landmark” kompleksi Heydər Əliyev Mərkəzinin yaxınlığında inşa ediləcək. Kompleksdə ofislərlə yanaşı, mənzillər, mağazalar, kafe və bağların olacağı planlaşdırılır.
Onun hündürlüyü 50 metr olacaq, ən üst mərtəbədə “penthauslar” yerləşəcək.
Binanın Bakının yeni memarlıq abidələrindən birinə çevriləcəyi də qeyd edilir, belə ki, insanlar onun unikal formasını anında şəhər ilə eyniləşdirəcəklər.
oxu.az