Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Music Gallery mağazalar şəbəkəsi ilə birlikdə Ulduzum müştəriləri üçün BONUSLARIN təqdim olunmasını nəzərdə tutan Yeni İl kampaniyasına başlayıb.
31 yanvar 2016-cı ilədək davam edəcək Bakcell şirkətinin bu yeni kampaniyası çərçivəsində, Ulduzum kodunu əldə edən hər bir müştəri Music Gallery mağazalarından 20 AZN BONUS əldə etmələri barədə təbrik mesajı da alacaqlar.
20 AZN BONUSDAN faydalanmaq üçün Ulduzum müstəriləri Music Gallery mağazalarında alış-veriş etdikləri zaman *5555#YES yığaraq və ya Ulduzum mobil proqramından istifadə edərək Ulduzum kodunu almalı və SMS-lə aldıqları həmin kodu mağazanın kassirlinə təqdim etməlidirlər.
Qeyd olunan 20 AZN BONUS Music Gallery mağazalarından Ulduzum müştərilərinə Yeni İl kampaniyasının keçirilmə müddətində yalnız bir dəfə təqdim edilir.
Music Gallery mağazalarının ünvanları:
1)28 Mall Ticarət Mərkəzi (1-ci mərtəbə)
2)Ə. Əliyev küçəsi 9
3)Azadlıq prospekti 114, H. Əliyev küçəsi
4)Azadlıq prospekti 14, 28 May küçəsi
5)F.X. Xoyski küçəsi 118A
6)M. Hadi küçəsi 27
7)Ş. Bədəlbəyli küçəsi 98
1 milyon 700 min nəfərdən çox müştərisi ilə, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika bölgələrində telekommunikasiya sahəsində bu gün ən yaxşı istehlakçı xidməti olan Bakcell şirkətinin Ulduzum proqramı abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edir, şirkətin öz müştəriləri və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştəriləri üçün faydalar verərək müştəri sadiqliyini təşviq edir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil tətbiqetmə vasitəsilə Bakcell abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
www.oxu.az