4-cü sinif şagirdləri imtahan verəcək
7.1.2016

Azərbaycanda 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə növbəti qiymətləndirmə keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2015-2016-cı tədris ilindən start verilmiş “Zərdabi - İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi” məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla, üç istiqamətdə həyata keçirilir.

Layihənin icrasında məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilməsidir.

Bakı şəhəri daxil olmaqla, respublikanın digər şəhər və rayonlarının 204 ümumi təhsil məktəbinin 800-ə yaxın sinfində təhsil alan 18 615 nəfər 4-cü sinif şagirdi layihənin hədəf qrupuna daxildir.

oxu.az
4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə ötən ilin noyabr ayında diaqnostik qiymətləndirmə aparılıb. 2016-cı ilin yanvarında növbəti qiymətləndirmənin keçirilməsi planlaşdırılır.

E.Ə.
www.oxu.az