Milli İncəsənət Muzeyinin yubiley loqosu təsdiqlənib
8.1.2016

Azərbaycan Milli İncəsənət Muzeyi fəaliyyətinin 80 illiyinə həsr olunan yubiley loqosunu təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, loqonun dizaynının müəllifi Fərhad Fərzəliyevdir.

Yubiley münasibətilə ərzində müxtəlif tədbirlərin, sərgilərin, konfransların keçirilməsi nəzərdə tutulur.

Hazırda Milli İncəsənət Muzeyi Azərbaycanın ən böyük sənət məbədlərindən biridir. Ekspozisiyalarda qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzeydə ümumilikdə 17 mindən çox eksponat saxlanılır.

AZƏRTAC