2016-cı il yanvarın 26-dan fevralın 4-dək Hibraltarda “Tradewise Gibraltar Masters” şahmat festivalı keçiriləcək.
İsveçrə sistemi üzrə keçirilən və 10 turdan ibarət olan bu açıq turnirə dünyanın hər yerindən onlarca qrossmeyster, o cümlədən “2700 klubu”nun üzvləri cəlb edilir. Artıq uzun illərdir ki, bu festival İsveçrə sistemi ilə keçirilən ən güclü turnir hesab olunur.
Ənənəvi festivalın proqramına başqa yarışlarla yanaşı Masters-turnir də daxildir. Həmin turnirdə 249 şahmatçı, o cümlədən Azərbaycan nümayəndəsi Arkadi Naydiç (2696) də daxil olmaqla 93 qrossmeyster mübarizə aparacaq.
Oyunların nəzarət vaxtı belədir: ilk 40 gediş üçün 100 dəqiqə + növbəti 20 gediş üçün 50 dəqiqə + partiyanın sonuna qədər 15 dəqiqə + hər gediş üçün 30 saniyə.
30-cu gedişə qədər heç-heçə təklif etmək qadağandır. Bir neçə iştirakçı bərabər sayda xal toplayarsa, birinci yer uğrunda tay-breyk keçirilir.
Ənəvəvi Hibraltar open-turnirində amerikalı Hikaru Nkamura kişilər arasında, rusiyalı qrossmeyster Mariya Muzıçuk isə qadınlar arasında retinq-favoritdir.
AZƏRTAC