Misir Azərbaycan vətəndaşlarına viza verilməsi qaydalarını sadələşdirir
30.5.2012

Misir Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarına viza verilməsi qaydalarını sadələşdirir. Misirin turizm naziri Munir Fahri Abdunnur bildirib ki, viza prosedurunun sadələşdirilməsi turizmi inkişaf etdirmək məqsədi daşıyır.

Dəyişikliyə əsasən Türkiyə, Azərbaycan, Çin, Hindistan və Braziliya vətəndaşlarına viza Misirə gələrkən hava limanlarında veriləcək.

APA