2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edildi
11.1.2016

“Ölkəmiz sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verir”.

2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinin mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq, 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdiyini vurğulayıb.

www.oxu.az