Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən xəbər verir ki, hazırda Hənifə Ələsgərov, Akademik Həsən Əliyev, Əbdülrəhim bəy Haqverdiyev, General Səmədbəy Məhmandarov, Zərifə Əliyeva, Əhmədbəy Ağa oğlu, Həsən Seyidbəyli, Koroğlu Rəhimov, Səməd Vurğun küçələrində , Fətəli Xan Xoyski, Azadlıq və Ziya Bunyadov prospektində avtomobillərin hərəkətində məhdudiyyət var.
Asfalt örtüyünün yenilənməsi və təmir işləri ilə əlaqədar Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı, Neftçilər prospektinin R. Rza küçəsi ilə kəsişməsi, Alfred Nobel – K. Kərimov küçəsi istiqamətində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Publika.az