Bakıda daha bir yol təmirə bağlanıb
30.5.2012

Bakıda daha bir yol təmirə bağlanıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, Azadlıq prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsindən avtomobil tunelinin girişinədək olan hissəsi yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar müvəqqəti bağlanıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

APA