“Skype” bütün mobil platformalarda videozənglərin yeni funksiyasını istifadəyə verəcək
14.1.2016

Populyar” “VoIP” xidməti olan “Skype” ödənişsiz videozənglərin istifadəyə verilməsinin onilliyini qeyd edir.

Bununla əlaqədar şirkət bütün mobil əməliyyat sistemləri (“Android”, “iPhone”, “iPad” və “Windows 10”) üçün ödənişsiz qrup videozəngləri funksiyasını işə salmağı planlaşdırır. Bu funksiya artıq 2 ildir masaüstü kompyuter istifadəçiləri üçün əlçatandır. Lakin yeni funksiyanın mobil versiyası hələ ki, istifadəyə verilməyib.

Şirkətin məlumatına görə, ödənişsiz qrup videozəngləri yaxın günlərdə “Skype”ın yüz milyonlarla istifadəçisinin ixtiyarına veriləcək.

azertag.az