Bakıda 5-ci illik vergi konfransı keçiriləcək
14.1.2016

Amerikanın Azərbaycandakı Ticarət Palatası ("AmCham Azerbaijan") Vergilər Nazirliyi ilə birgə yanvarın 18-də Bakıda 5-ci illik vergi konfransı təşkil edəcək.

Palatadan bildiriblər ki, "Vergi sistemində şəffaflığa əməletmə" mövzusunda keçiriləcək konfransda vergilər nazirinin birinci müavini Natiq Əmirov, müxtəlif dövlət orqanlarının, diplomatik nümayəndəliklərin və xarici təşkilatların təmsilçilərinin iştirakı gözlənilir.

azertag.az