ABŞ-ın “Steere House” tibb mərkəzində Oskar adlı pişik təqribən 50 insanın ölümü barədə qabaqcadan xəbər verib. Şahidlərin bildirdiyinə görə, son beş ildə Oskar çox nadir hallarda səhv edib və onun “qabaqdan görmələr”i həkimlərin gümanlarından daha doğru olub. Oskar demək olar ki, bütün həyatını bu tibb mərkəzində keçirib. Bildirildiyinə görə, o, ölümünə bir neçə saat qalmış insanların yanında oturur. Sözügedən pişik ölüm ayağında olan şəxsin palatasına daxil ola bilməyəndə, qapını cırmaqlamağa başlayır.
Klinika həkimləri Oskarın intuisiyasına o dərəcədə inanır ki, onlar pişiyin öləcəyini bildirdiyi pasientlərin yaxınları ilə əlaqə saxlayır.
Xatırladaq ki, “Steere House”da əqli çatışmazlıqdan əziyyət çəkən xəstələr müalicə olunur.