Günün qoroskopu
21.1.2016

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç - günün emosional fonu əlverişlidir. Bu, yaxşı ovqat və nikbinlik vəd edir. Vaxtı şən keçirmək istəyi var. Müəyyən qədər səy göstərsəniz, bu baş tutacaq.

Buğa - təəssüf ki, ən yaxın adamlarınızla münasibətlərdə də hər şey hamar deyil. Sizi yalnız öz arzu və prioritetləriniz maraqlandırır. Bu, ətrafdakılara çox ağır gəlir. Ailədə incikliklər mümkündür. Bəzi Əkizlər münasibətlərin davam etdirilib-etdirilməməsi barədə ciddi şəkildə düşünməyə başlayacaqlar.

Əkizlər - çətin gündür. Sadəlövh və hər şeyə tez inanan olmayın. Kiminsə sizdən öz maraqları üçün istifadə etmək istəyəcəyi ehtimalı böyükdür. Ciddi məsələləri təkbaşına həll etməyə çalışın. Çoxsaylı məsləhətlər göründükləri qədər də yaxşı deyil. Ən ciddi problemlərdən biri mənəvi dəstəyin az olmasıdır. Bir çox Əkizlər yaxınlarının onları başa düşmədiklərini düşünərək, iztirab çəkəcəklər.

Xərçəng - həmkarlar və iş partnyorları ilə ünsyyət, peşəkar münasibətlərin yoluna qoyulması üçün münasib gündür. Gün asan keçməsə də, məhsuldar ola bilər. Bunun üçün vaxtınızı boş yerə sərf etməməlisiniz. Diqqət tələb edən vəzifələr cürbəcürdir. Amma enerjiniz və gücünüz onları həll etmək üçün yetərlidir. Müstəqil şəkildə düşünmək, cavablar tapmaq və hərəkət etmək lazım gələcək.

Şir - bu gün çətin ki, Şirləri sevindirsin. O, kifayət qədər darıxdırıcı və mənasızdır, heç bir yeni imkan yaratmır. Amma gün sizi keçmişdəki səhvlərə qayıtmağa vadar edəcək.
Yaxınlarınızla dil tapmaq, fikir ayrılıqlarını aradan qaldırmaq və mübahisələrə son qoymaq şansı var. Sevdiyiniz şəxs sizi xoş sürprizlərlə sevindirəcək. Günün ikinci yarısına təyin edilmiş romantik görüş yaxşı keçəcək.

Qız - çətin məsələlərin müzakirəsi və həlli üçün münasib gündür. Vacib görüşləri günün ortasına planlaşdırın. Məhz bu vaxt həmsöhbətinizlə dil tapmağınız asan olacaq. Bunun birinci və ya yüzüncü söhbət olduğunun fərqi yoxdur.

Tərəzi - bu gün hər şeyin asanlıqla əldə ediləcəyini düşünmək yanlış olar. Hansısa qüvvənin müqaviməti və təsiri ilə qarşılaşmaq ehtimalı günün ikinci yarısında daha çox olacaq. Qeyd edilməlidir ki, intuisiyanız çox güclü olacaq və yəqin ki, yaxınlaşan xoşagəlməzlikləri hiss edəcəksiniz.

Əqrəb - bu çətin günün əsas problemi sizin əvvəlcə nəsə etmək, sonra düşünmək meylinizdir. Bu gün düşünülmədən edilən hərəkətlər təkcə ekstravaqant və qəribə yox, bəzən ağılsızdır və nəticəsi də belə olacaq. Bu gün əksər Əqrəblər özlərinə nüfuzlu düşmənlər qazanacaqlar.

Oxatan - bu gün işgüzar məsələlərin həlli üçün yaxşı gündür. Həyat potensialı, enerjiniz və mənəvi gücünüz yüksəkdir. Bu, uğur əldə etmək üçün lazım olacaq. Yeni çətin işlər meydana çıxacaq. Amma onların öhdəsindən əla gələcəksiniz. Siz hədəfə doğru qətiyyətlə irəliləyirsiniz, heç nə və heç kim sizi bu yoldan döndərə bilməyəcək. Başqa yerə köçmək, təmirə başlamaq olar.

Oğlaq - bu gün gözlənilmədən nüfuzlu adamların dəstəyini qazanacaq və bunun sayəsində çox şeyə nail olacaqsınız. Mövqelərinizi möhkəmləndirə, eləcə də irəliləməyinizə mane olan bütün əngəlləri aşa bilərsiniz. Qətiyyət və çalışqanlıq bir çox problemlərin öhdəsindən gəlməyə yardım edəcək. Şəxsi həyatda təşşəbbüskarlıq təqdir edilir.

Dolça - gün pis keçməyəcək. Baxmayaraq ki, bəzi Dolçaları hadisələrin çox yavaş inkişafı əsəbiləşdirəcək. Ətrafdakıları tələsdirməyə yox, özünüz ləng ritmə uyğunlaşmağa çalışın. O zaman başa düşəcəksiniz ki, bu üsul gücünüzə qənaət etməyinizə səbəb olacaq.

Balıqlar - dostlarla görüşlər, yaxınlarla ünsiyyət sevinc bəxş edəcək. Qonaq qəbul etmək üçün münasib gündür. Vacib məsələləri evdə müzakirə etmək tövsiyə olunur. Uğurlu bazarlıqlar mümkündür. Bu gün həm gündəlik istifadə üçün adi şeylər, həm də qeyri-adi, ekstravaqant nəsə almaq olar.

Milli.Az