İstanbuldakı “Qapalı Çarşı” bazarı ilk dəfə olaraq əsaslı təmir olunacaq
31.5.2012

Gələn ilin əvvəlində İstanbuldakı tarixi “Qapalı Çarşı” bazarının yenidən qurulmasına başlanacaq.

Türkiyə mətbuatına istinadən xəbərə görə, bu, “Böyük Bazar” adı ilə də tanınan bazarın 550 illik tarixi ərzində ilk irimiqyaslı təmir olacaq.

İstanbulun Fatih bələdiyyəsinin başqanı Mustafa Dəmir bildirib ki, “Qapalı Çarşı”nın 3600 mağazası, 38 qədim piştaxtası və 66 küçəsini bərpa etmək planlaşdırılır.

Bazar ərazisinin 98%-i 3900 mağaza sahiblərinə məxsusdur. Onlar öz mağazasının sahəsindən asılı olaraq layihənin büdcəsinə pul ödəməlidirlər. Merin dediyinə görə, “Böyük Bazar”ın əsaslı təmiri ideyası bir müddət əvvəl meydana çıxıb. Lakin Ceyms Bond haqqında növbəti filmin çəkilişləri zamanı baş verən insident layihənin reallaşdırılması üçün tələsmək zərurətini ortaya qoyub.

Xatırladaq ki, ötən ay baş tutan çəkilişlər zamanı kaskadyor motosikletin idarəetməsini itirərək qədim bazarın 330 illik vitrininə düşüb.

APA