“ADA” Universitetinin bakalavr ixtisaslarına qəbulun müsabiqə şərtləri açıqlanıb
21.1.2016

SAT imtahanı vasitəsilə “ADA” Universitetinin bakalavr ixtisaslarına aparılacaq qəbulun müsabiqə şərtləri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, 2016/2017-ci tədris ili üçün “ADA” Universitetinin bakalavr ixtisaslarına qəbulun müsabiqəsinə SAT imtahanından aşağıdakı minimum balları toplayan abituriyentlərin də buraxılması nəzərdə tutulub:

Köhnə bal şkalası ilə 1500 bal (yazı hissəsinin balı istisna olmaqla); yeni (Redisgned SAT-nin) bal şkalası ilə 1000 (yazı hissəsinin balı istisna olmaqla).

Qəbulun növbəti mərhələsi hesab olunan müsahibə “ADA” Universiteti tərəfindən aparılacaq. Əlavə məlumatı http://www.ada.edu.az/en-us/pages/admissions_bachelors_az.aspx keçidindən əldə etmək olar.

SAT imtahanı ilə bağlı tətbiq olunacaq yeniliklər haqqında daha ətraflı məlumatı https://collegereadiness.collegeboard.org/pdf/test-specifications-redesigned-sat.pdf keçidindən əldə etmək mümkündür.

AZƏRTAC