Azərbaycanda ən iri apteklər şəbəkəsi olan "Zəfəran" 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş aksiya keçirəcək.
İyunun 1-dən 8-dək "Zəfəran" aptekinin hər bir müştərisi alış-veriş etməsindən asılı olmayaraq, "Gymboree Play & Music" uşaq mərkəzinə hədiyyə kuponu alacaq.
Hədiyyə kuponları əsasən 0-6 yaş arasında uşaq olan ailələrə veriləcək. Bu aptek işçilərinin apardığı mini-sorğu yolu ilə müəyyən ediləcək.
Hədiyyə kuponunun sahibi (uşaq nəzərdə tutulur) bu mərkəzdə pulsuz 1 həftəlik məşğələlər keçmək hüququ qazanır. Bura nəğmə dərsləri, rəqslər, rəssamlıq, dil inkişafı, idman məşğələləri və s. daxildir.
Dərslərə kuponda göstərilən nömrələrə əvvəlcədən zəng etməklə yazılmaq mümkündür. Hədiyyə kuponunu cari ilin 30 iyun tarixinədək istifadə etmək olar.
Əlavə məlumatı şəhər telefonundan və istənilən mobil əlaqə operatorundan *8811 qısa nömrəsinə zəng etməklə almaq olar.
Aksiya barədə şərhləri "Zəfəran"ın sosial şəbəkədəki http://www.facebook.com/zeferanaptek saytına və ya info@zeferanaptek.az elektron poçtuna göndərmək olar.
trend.az