Yanvarın 30-da “AppStore” mağazalarında satışa çıxarılacaq “Hiboo” messenceri müsahibin hələ göndərilməyən məlumatını görməyə imkan verəcək.
Hazırda bu əlavə beta-test mərhələsindədir və testdə tərtibatçıların saytında qeydiyyatdan keçməklə iştirak etmək mümkündür.
Əlavənin istifadəçiləri “Məlumatı yazır...” kimi yazının əvəzində real zamanda onun müsahibinin ona yazdığını və düzəliş etdiyini izləmək imkanında olacaq.
Tərtibatçıların sözlərinə görə, komandanın “Hiboo” ideyası Londonda keçirilən “TechCrunch Disrupt” tədbiri zamanı yaranıb. Hazırda əlavədən ancaq smartfonlarda istifadə etmək mümkündür. Tərtibatçıların masaüstü kompüterlərdə analoji proqram yaratmaq planları yoxdur.
Lent.az